Bakı 2˚C Partly sunny

28 nəfərin cəsədi tapıldı

Gündəm 11:56 03 yan, 2023
28 nəfərin cəsədi tapıldı

Burkina-Fasonun şimal-qərbindəki Nuna şəhərində atəş nəticəsində həlak olan 28 nəfərin cəsədi tapılıb.

Qazet.az xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.

Bildirilib ki, cəsədlər dekabrın 30-da və 31-də aşkarlanıb. Ölkə Prokurorluğunun məlumatına görə, qətllə bağlı istintaq başlayıb. Hadisənin təfərrüatları açıqlanmayıb.