29 mindən çox miqrant burada həlak olub

Miqrantlar tərəfindən xüsusilə daha çox istifadə edilən Aralıq dənizi az qala qəbiristanlığa çevrilib.
Qazet.az xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının (BMT) dərc etdiyi hesabat son illərdə artan qeyri-qanuni miqrasiya insan faciəsini bir daha təsdiq edir.
Aparılan hesabatlara görə, 2014-cü ildən bu yana Avropaya getməyə çalışan 29 mindən çox qeyri-qanuni miqrant həyatını itirib.
Əksəriyyəti Liviya və Tunis sahillərindən olan və İtaliya və ya Maltaya gəlməyə çalışan miqrantlardan 2836 nəfərinin qayıqlarının batması və ya aclıq, susuzluq kimi səbəblərdən həyatını itirdiyi qeyd olunub.
Qeyri-qanuni miqrasiyanın digər diqqət çəkən marşrutu olan Şimali Afrika-Kanar adaları xəttində 2021-ci ildən bəri 1500 adamın öldüyü məlum olub. Yunanıstan, Qərbi Balkanlar və La-Manş boğazında qeyri-qanuni miqrant ölümlərinin artdığı da bildirilib.
Tədqiqatçılar bir çox batan qayıqların taleyinin bilinmədiyini, qeydə alınmayan ölüm hallarının olduğunu vurğulayıblar. (AA)