3+3 çərçivəsində görüş Ankarada keçiriləcək - Çavuşoğlu
Gündəm
19:01 19 dek, 2021
Nazir növbəti görüşdə Gürcüstan tərəfinin də iştirak edə biləcəyini bildirib

Qarabağ mövzusunda 3+3 platforması çərçivəsində növbəti görüş Ankarada keçiriləcək.
Qazet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir növbəti görüşdə Gürcüstan tərəfinin də iştirak edə biləcəyini bildirib.
"Qardaş Azərbaycanla strateji münasibətlərin inkişafını müzakirə etdik. 3+3 əməkdaşlıq formatında Moskvada keçirilən ilk görüşün nəticələri barədə danışdıq".
Qeyd edək ki, dekabrın 10-da Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+3” formatında keçilən regional platformanın ilk toplantısı keçirilib.