Bakı 27˚C Sunny

"3+3" formatı region ölkələri arasında qarşılıqlı münasibətlərə müsbət yanaşma əlavə etməlidir - Rusiya səfiri

Gündəm 16:11 13 dek, 2021

Bu format onlar arasında qarşılıqlı münasibətlərə müsbət yanaşma əlavə etməlidir

"3+3" formatı region ölkələri arasında qarşılıqlı münasibətlərə müsbət yanaşma əlavə etməlidir -<span style="color:red"> Rusiya səfiri</span>

"3+3" formatı region ölkələri arasında qarşılıqlı münasibətlərə müsbət yanaşma əlavə etməlidir.

Qazet.az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

"Biz bu formatın əlavə dəyərini bütün region ölkələrini maraqlandıran məsələlər üzrə fikir mübadiləsində, dialoq imkanında görürük. Başqa sözlə, bu format onlar arasında qarşılıqlı münasibətlərə müsbət yanaşma əlavə etməlidir" - deyə səfir bildirib.

Qeyd edək ki, dekabrın 10-da Moskvada Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən "3+3" formatında regional əməkdaşlıq platformasının baş nazir müavinləri səviyyəsində ilk iclası keçirilib.