““3+3” formatını praktiki müstəviyə keçirməyin vaxtıdır” - Zaxarova
Ümumiyyətlə, bu format həm köhnə, həm də yeni problemlərə həll yolu təklif edə bilər və təklif etməlidir.
"Rusiya “3+3” məsləhətçi regional mexanizminin yaradılmasını dəstəkləyir və hesab edir ki, bu planları praktiki müstəviyə keçirməyin vaxtı çatıb".
“Qazet.az” xəbər verir ki, bunu Rusiya Xaici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinq zamanı deyib.
O qeyd edib ki, Moskva Azərbaycan və Türkiyə prezidentlərinin təklif etdiyi “3+3” məsləhətçi regional mexanizminin yaradılması ideyasını dəstəkləyir. Söhbət Cənubi Qafqaz ölkələrindən və onların qonşularından - Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, İran və Türkiyədən gedir.
“Biz hesab edirik ki, bu planları praktiki müstəviyə keçirməyin vaxtı çatıb. Çoxtərəfli regional əməkdaşlığın inkişafı bu formatda bütün potensial iştirakçıların maraqlarına cavab verir”, - deyə Zaxarova deyib.
Onun sözlərinə görə, Rusiya hesab edir ki, “3+3”-ün işə salınması dövlətlərarası münasibətlərdə etimadın artırılmasına, mövcud ziddiyyətlərin aradan qaldırılmasına, regionun iqtisadi və nəqliyyat potensialının üzə çıxarılmasına kömək edəcək.
Ümumiyyətlə, bu format həm köhnə, həm də yeni problemlərə həll yolu təklif edə bilər və təklif etməlidir.