3 hakim qovuldu
Siyasət
13:40 21 dek, 2022
Bakı Apellyasiya Məhkəməsinin 3 hakimi vəzifəsindən azad edilir.
Qazet.az-ın xəbərinə görə, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik təklif olunur.
Dəyişikliklə aşağıdakı şəxslər Bakı Apellyasiya Məhkəməsinin hakimi vəsifəsindən azad edilir:
- Kərimli İlham Əziz oğlu;
- Qasımov Faiq Adil oğlu;
- Məhərrəmova Şeyda Ədalət qızı.
Qanuna dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə olunub.