Bakı 35˚C Sunny

“30 il ərzində Azərbaycanla İsrail arasında strateji əlaqələr qurulub" - İsrail səfiri

Siyasət 18:40 02 dek, 2021

İsrail səfiri Azərbaycanla olan əlaqələrdən danışıb

“30 il ərzində Azərbaycanla İsrail arasında strateji əlaqələr qurulub" - <span style="color:red">İsrail səfiri</span>

“30 il ərzində Azərbaycanla İsrail arasında strateji əlaqələr qurulub və bunları qoruyuruq”

Qazet.az xəbər verir ki, bu sözləri İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan-İsrail əlaqələrinin 30 illiyinə həsr edilmiş tədbirdə söyləyib.

“Bu cür əməkdaşlıq müxtəlif sahələrdə olub: əsasən də səhiyyə sahəsində. Azərbaycanın Səhiyyə Nazirliyi və TƏBİB İsrail səhiyyəsilə sıx əlaqələrə malikdir”, deyə səfir bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər 44 günlük müharibədə sınaqdan uğurla keçib.

“Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etməyi münasibətilə təbrik edirəm. İsrail hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Biz bu cür əməkdaşlıq, münasibətləri möhkəm saxlamışıq. Aramızda apardığımız tədbirlərlə bunu sübut etmişik. Əsas da müharibədən sonra qazilərə israil səhiyyəsi tərəfindən edilən köməklikləri qeyd etmək istəyirəm”, Corc Dik bildirib.

Bundan əlavə, İsrail səfiri helikopter qəzasına görə Azərbaycan xalqına və hökumətinə başsağlığını çatdırıb.