Bakı 2˚C Windy

30 min il əvvələ aid, buz dövründən qalma MAMONT MUMYASI TAPILDI

Maraqlı 15:20 27 iyn, 2022

Mamont balası 140 sm uzunluğa malikdir

30 min il əvvələ aid, buz dövründən qalma MAMONT MUMYASI TAPILDI

Kanadada bir qrup mədənçi Yukon şəhərində 30 min il əvvəl yaşamış yunlu mamont körpəsinin inanılmaz mumiyasını tapıblar.
 

Qazet.az xəbər verir ki, Mədənçilər Trʼondëk Hwëchʼin ərazisinə aid olan Evrika dərəsində buzları qazarkən donmuş yunlu mamont körpəsinin mumiyasını aşkar ediblər. 
Mamont balasını “Nun cho ga” adlandırırdılar, bu da Han dilində “böyük körpə heyvan” mənasını verir. 
Yukon buz dövrü heyvanlarının böyük fosil qeydlərinə malik olması ilə məşhurdur, lakin xəz və saçlı mumiyalanmış qalıqlar nadir hallarda çıxarılır və bu mumiyalanmış mamontu Şimali Amerikada tapılan ən mükəmməl mamont hesab edilir.
Bu körpə mamont mumiyasının kəşfi Şimali Amerikada tapılan, demək olar ki, tam və ən yaxşı şəkildə qorunan ilk mumiyadır.
Qeyd edək ki, körpə mamontun 140 sm uzunluğunda olduğu bildirilib. 


Qaynaq