"30 oktyabra qədər yaşayacağam..." - Saakaşvili
Saakaşvilinin mesajını vəkili, "Dark Arch" telekanalının baş direktoru Nika Gvaramia məruzə edib
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsxanadan daha bir mesaj göndərib.
Qazet.az xəbər verir ki, Saakaşvilinin mesajını vəkili, "Dark Arch" telekanalının baş direktoru Nika Gvaramia məruzə edib.
“İndi seçkilər var və buna diqqət yetirilməlidir... Ölkəni müxtəlif üsullarla dəyişməliyik. Mən də öz növbəmdə aclıq aksiyası şəraitində belə mümkün olan hər şeyi edəcəyəm",- deyə səsləndirilib.
Bununla yanaşı "30 Oktyabra qədər yaşamalıyam və vaxtımdan əvvəl yas saxlamadan, əl -ələ verib qələbəni birlikdə qeyd etmək daha yaxşıdır" ,- Saakaşvili məktubunda qeyd edib.
Bildirək ki, Gürcüstanda yerli seçkilərin ikinci mərhələsi oktyabrın 30 -da baş tutacaq.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, həmin gündən aclıq aksiyası keçirir. Oktyabrın 8-də Gürcüstanın Xüsusi Pentensiar Xidməti M.Saakaşvilinin aclığı dayandırdığını, bal və təbii şirələr qəbul etdiyini bildirib.