30 yaşını qeyd edən ulduz geyimi ilə göz qamaşdırdı - FOTO
Maraqlı
16:10 24 iyl, 2022
O, obrazını “Amina Murad” markasından dəbdəbəli ayaqqabıları ilə tamamlayıb
Ötən gün dünyanın ən məşhur ulduzlarından biri Selena Qomez 30 yaşını Los-Ancelesdəki Nobu restoranında özəl çevrədə qeyd edib.
Mərasimə Selena qar kimi ağ qat-qat parçadan hazırlanmış yunan ilahələrini xatırladan libasda gəlib. O, obrazını “Amina Murad” markasından dəbdəbəli ayaqqabıları ilə tamamlayıb.
Selena instaqramda ən yaxın dostu Teylor Svift ilə fotolarını paylaşıb.