34 nəfər saxlanıldı
Cəmiyyət
10:40 04 yan, 2023
Yanvarın 3-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qazet.az-a bildiriblər ki, borclu şəxs qismində axtarışda olan doqquz nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.