35 yaşlı cavan Çili prezidenti oldu
Gündəm
16:40 20 dek, 2021
"Mən bütün Çili xalqının prezidenti olacağam" - Qabriel Boric bildirib

Çilidə prezident seçkilərinin ikinci turunun nəticələri açıqlanıb.
Qazet.az xəbər verir ki, 35 yaşlı solçu Qabriel Boriç sağçı rəqibini məğlub edib.
Qabriel Boriç bazar günü (dünən) Çilidə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib və 35 yaşında ölkənin ən gənc prezidenti seçilib.
Seçkilərdə solçu Boriç 56, sağçı rəqibi Xose Antonio Cast isə 44 faiz səs toplayıb.
"Mən bütün Çili xalqının prezidenti olacağam" - Qabriel Boric bildirib.
Qeyd edək ki, Çilidə prezident seçkilərinin birinci turu noyabrın 21-də keçirilib. Lakin namizədlərdən heç biri qalib gəlmək üçün kifayət qədər səs toplaya bilməyib.