Bakı 16˚C Partly sunny w/ showers

36 yaşlı Dənizdən böyük uğur - NASA 12 min nəfər arasından onu seçdi - VİDEO

Gündəm 22:08 11 dek, 2021

36 yaşlı Dəniz Burnhem tibbi müayinələr və müxtəlif qabiliyyət imtahanlarından uğurla keçərək 12 min nəfər arasından seçilən 6 kişi və 4 qadın namizəddən biri olub

36 yaşlı Dənizdən böyük uğur - NASA 12 min nəfər arasından onu seçdi - VİDEO

Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Türkiyənin Adana şəhərində hərbçi ailəsində doğulan və Amerika kimya və maşınqayırma sahəsində təhsil alan Dəniz Burnhemin NASA komandasına qoşulmq hüququ qazandığını açıqlayıb.

Qazet.az teleqraf.az-a istinadla bildirir ki, 36 yaşlı Dəniz Burnhem tibbi müayinələr və müxtəlif qabiliyyət imtahanlarından uğurla keçərək 12 min nəfər arasından seçilən 6 kişi və 4 qadın namizəddən biri olub.

NASA-nın Hyustondakı Conson Kosmik Mərkəzində namizədlərin təqdimat mərasimində çıxış edən Dəniz anasından ilham aldığını deyib:

"Kiçik qız olanda anamın universitetdən necə məzun olmasını izlədim. Onun ABŞ-ın necə Hərbi Hava Qüvvələrinə təyin edilməsini gördüm. Bu, mənə böyük xəyallar qurmağı və bu yolu gedərkən hər şeyə nail ola biləcəyimi öyrətdi. Məni NASA astronavtı olmaq xəyalımdan əl çəkməməyə ruhlandıran da elə bu oldu".

Dənizin anası Şahvər Burnhem və atası Ed Burhem ABŞ Hərbi Hava Qüvvələrinin təqaüddə olan polkovnikləridir. Dəniz Burnhem dənizdə neft qazma əməliyyatlarında peşəkar təcrübəsi sayəsində ABŞ ordusunda leytenant rütbəsi ilə işə başlayıb. Hazırda ABŞ Dəniz Sistemləri Komandanlığında çalışan Burnhem NASA-da da təcrübə keçir. O, hobbi kimi aviasiya ilə maraqlanır.