4 ölkənin səfiri ilə əməkdaşlıq məsələləri müzakirə edilib
Siyasət
16:40 25 okt, 2022

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çexiya, İraq, İsrail və İsveçin Azərbaycandakı səfirlərini qəbul edib.
Qazet.az xəbər verir ki, bu barədə nazir "Tvitter" hesabında məlumat verib.
Onun sözlərinə görə, görüşlərdə Azərbaycanla bu ölkələr arasında mövcud və perspektiv əməkdaşlıq məsələləri müzakirə edilib.
Bu gün Çex Respublikası, İraq, İsrail və İsveçin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri ilə görüşdüm. Görüşlər zamanı ölkələrimiz arasında müvafiq sahələrdə mövcud və perspektiv əməkdaşlıq məsələlərini müzakirə etdik. pic.twitter.com/gaX5FRDfQM
— Rashad Nabiyev (@RashadNNabiyev) October 25, 2022