Bakı 4˚C Cloudy

400-dən çox məhbus əfv edildi

Siyasət 13:50 08 dek, 2022
400-dən çox məhbus əfv edildi

Özbəkistanda Prezident Şavkat Mirziyoyevin fərmanı ilə 402 nəfər əfv edilib.

Qazet.az xəbər verir ki, bu barədə Özbəkistan KİV-i məlumat yayıb.

Əfv olunanlardan 128 nəfər əsas cəzanı çəkməkdən tam, 201 nəfər şərti olaraq cəza çəkməkdən azad edilib, 15 nəfərə təyin edilmiş cəza daha yüngül cəza ilə əvəz edilib. Bundan başqa, 58 nəfərin azadlıqdan məhrum etmə növündə cəza müddəti azaldılıb.

Əfv olunanlar arasında 17-si xarici dövlətlərin vətəndaşı, 63-ü qadın, 26-sı 60 yaşdan yuxarı kişi, 19-u qadağan olunmuş təşkilatların fəaliyyətində iştirak edən şəxslərdir.

Qeyd olunur ki, sərəncam ölkə Konstitusiyasının qəbulunun 30 illiyi ilə əlaqədar imzalanıb.