42 yaşlı futbol hakimi VƏFAT ETDİ - FOTO
İdman
14:22 16 noy, 2022
Fransalı futbol hakimi Yohan Hamel dünyasını dəyişib.
Qazet.az "LEquipe" nəşrinə istinadən xəbər verir ki, referi 42 yaşında insultdan vəfat edib.
Qeyd edək ki, Yohan Hamel Liqa 1-in oyunlarına təyinat alıb. Ədalət təmsilçisi son olaraq noyabrın 6-da "Lill" və "Renn" (1:1) komandaları arasında baş tutmuş qarşılaşmanı idarə edib.