42 yaşlı kişi özünə bıçaqla ağır xəsarət yetirdi
Hadisə
13:53 04 yan, 2022
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb
Bakıda intihara cəhd hadisəsi baş verib.
Qazet.az Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Xocəsən qəsəbəsinə 1980-ci il təvəllüdlü Məlikov Rəşad Ağamalik oğlu özünə bıçaqla xəsarət yetirib.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun fəqərəsinin kəsilmiş yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.