Bakı 7˚C Showers

420 qram doğulan körpə rekordlar kitabına düşdü - FOTO

Maraqlı 05:29 13 noy, 2021

21 həftəlik doğulan oğlan uşağı dünyanın ən vaxtından əvvəl doğulmuş insanı kimi rekordlar kitabına düşüb

420 qram doğulan körpə rekordlar kitabına düşdü<span style="color:red"> - FOTO</span>

ABŞ-ın Alabama ştatında 21 həftəlik doğulan oğlan uşağı dünyanın ən vaxtından əvvəl doğulmuş insanı kimi rekordlar kitabına düşüb.

Qazet.az xəbər verir ki, Kartis Means adlı oğlan keçən il Alabama ştatının Birmingem şəhərində cəmi 420 qram ağırlığında anadan olub.

Anası Mişel Butler hamiləliyinin 21-ci həftəsində sancılarına görə xəstəxanaya yerləşdirilib. Səhəri gün isə əkiz oğlan uşaqları dünyaya gətirib. Lakin əkizlərdən biri ölüb. Kertis isə sağ qalmağı bacarıb.

Hazırda 1 yaş 3 aylıq olan körpə dünyada bir ilk olduğuna görə Ginnesin Rekordlar kitabına düşüb. /medicina.az