Bakı 12˚C Mostly cloudy

44 cinayətin üstü açılıb

Cəmiyyət 12:05 08 dek, 2022
44 cinayətin üstü açılıb

Dekabrın 7-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qazet.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 154, o cümlədən borclu şəxs qismində axtarılan 126 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı beş fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.