Britaniya səfiri Azərbaycan xalqını təbrik edib
Siyasət
15:42 28 may, 2022
Bu il biz həm də Azərbaycanla diplomatik münasibətlərin 30 illiyini qeyd edirik
Böyük Britaniyanın Bakıdakı səfiri Ceyms Şarp 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Qazet.az xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb.
“Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm! Bu il biz həm də Azərbaycanla diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Xalqlarımız arasında mövcud dostluq münasibətlərinin və ölkələrimizin hərtərəfli əlaqələrinin bundan sonra da güclənməsini diləyirəm”, - o qeyd edib.