497 min manat güzəştli kredit verilib
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Sabirabadda bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı üçün "Humix" MMC-yə 497 min manat kredit verib.
Qazet.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Twitter"də bildirib.
Xatırladaq ki, Sahibkarlığın İnkişafı Fondu ölkə Prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 007,307 milyon manatdır.
Sahibkarlığın İnkişafı Fondu (@sahibkarliq) tərəfindən Sabirabadda bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı üçün Humix MMC-yə 497 min ₼ #güzəştlikredit ayrılıb.#EconomyAz #SİF pic.twitter.com/EPljx6ETlA
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 14, 2022