5 gəmi Mariupol limanını tərk etdi
Gündəm
01:05 25 may, 2022
Mizintsev bir gün öncə Xerson, Nikolayev, Çernomorsk, Oçakov, Odessa, Yujnı və Mariupol limanlarında 17 ölkədən 75-ə yaxın xarici gəminin blokadaya alındığını bildirib.

Daha öncə atəş və mina təhlükəsi səbəbindən blokadada olan 5 xarici gəmi Mariupol limanını tərk edib.
Qazet.az xəbər verir ki, bu barədə Rusiya Humanitar Yardım üzrə İdarələrarası Əlaqələndirmə Qərargahının rəisi, Milli Müdafiə Nəzarəti Mərkəzinin rəisi, general-polkovnik Mixail Mizintsev məlumat verib.
Mizintsev bir gün öncə Xerson, Nikolayev, Çernomorsk, Oçakov, Odessa, Yujnı və Mariupol limanlarında 17 ölkədən 75-ə yaxın xarici gəminin blokadaya alındığını bildirib.