5 ölkənin vətəndaşlarına xəbərdarlıq
Gündəm
13:00 29 noy, 2022
ABŞ-də son üç ildə iki minə yaxın silahlı hücumun edildiyi müəyyən edilib.
Qazet.az xarici mediaya istinadən xəbər verir ki, açıqlanan məlumatların ardından öz vətəndaşlarına xəbərdarlıq edib.
Belə ki, Avstraliya, Kanada, İngiltərə, Almaniya və Yaponiya ABŞ-a səfər etməyi planlaşdıran vətəndaşlarına silahlı hücumla bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, ABŞ-nin qeyri-kommersiya təşkilatı Silah Zorakılığı Arxivi (GVA) ABŞ-də 4 və ya daha çox insanın güllələndiyi atışmaların statistikasını dərc edib. 2020-ci ildən bəri ABŞ-da hər il təxminən 600 kütləvi atışma baş verib.