5 sığorta agentinin lisenziyası ləğv edildi
Gündəm
17:15 29 noy, 2022
Azərbaycan Mərkəzi Bankı (AMB) 5 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.
Bu barədə Qazet.az-a tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, bununla bağlı qərar noyabrın 23-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, könüllü müraciət əsasında qəbul edilib.