5 tip insan qırmızı ət yeyə bilməz
Qırmızı ət qanda xolesterinin miqdarını artırır, insult və infarkt riskini yüksəldir, bağırsaq xərçəngi yaradır...
Bəllidir ki, qırmızı ət sağlamlığa təsiri nöqteyi-nəzərindən heç də cəlbedici qida sayılmaz.
"Qırmızı ətdən müntəzəm olaraq istifadə edilməsi qanda xolesterinin miqdarını artırır və qan təzyiqinin yüksəldir. Nəticədə ürək xəstəlikləri və xərçəngin bəzi növləri inkişaf edə bilər",
Bunu qidalanma və dietologiya Akademiyasının dietoloqu və rəsmi nümayəndəsi Roksana Ehsani deyib.
Qazet.az xəbər verir ki, bu barədə ABŞ-ın "Eat This, Not That" nəşri yazıb.
Bir sıra tədqiqatların nəticəsinə görə, qırmızı ətdən həddən artıq istifadə edilməsi hətta diabetin inkişafına və ömür müddətinə təsir edə bilər.
Lakin burada həm də qırmızı ətin hazırlanma üsulu mühüm əhəmiyyət kəsb edir.
"Əgər siz qrildən istifadə edirsinizsə, bu zaman təhlükəli kanserogen maddələr əmələ gəlir, bu da xərçəngin inkişaf ehtimalını yüksəldir", - Ehsani deyib.
Qırmızı ətin xeyli hissəsini biz işlənmiş halda və bu zaman onunla birlikdə çoxlu miqdarda duz qəbul edirik.
"Bəzi ət yarımfabrikatları, məsələn, kolbasa, sosislər, ət delikateslərinin tərkibində çoxlu miqdarda duz var, bu da təzyiqi yüksəldir. - Ehsani deyib.
Aşağıdakı 5 tip insanlar sağlamlıqlarını qorumaq istəyirlərsə qırmızı ətdən imtina etməlidir.
1. Yüksək xolesterini olan insanlar
"Yüksək xolesterini olan insanlar steyk və hamburgerlərdən imtina etməli və onları hər gün yeməməlidir", - Ehsani izah edib. - Təəssüf ki, xolesterinin miqdarı yüksəkdirsə, qırmızı ətdən istifadə edilməsi onu aşağı salmayacaq, əksinə, pis xolesterinin səviyyəsini yüksəldəcək.
Ehsaninin sözlərinə görə, belə insanlar ayda 1-2 dəfədən çox olmayaraq qırmızı ət yeyə bilər. Həm də bu zaman yağsız ətə üstünlük verilməlidir.
2. Ürəyin işemik xəstəliyi olan insanlar
Belələri qırmızı ətdən çox böyük ehtiyatla istifadə etməlidir. "Ürəyin işemik xəstəliyi olanlarda arteriyanın divarında zərərli xolesterin lövhəcikləri toplanır. Bu isə insult və ya infarkta səbəb olur.
3. Böyrək xəstəliklərinin son mərhələsi olan insanlar
Böyrək xəstəliyi olan insanlara tərkibində çoxlu miqdarda zülal olan pəhriz daha çox ziyanlıdır, - bunu dietoloq Conatan Valdes deyib. - Bu zman hər kq çəkiyə 0, 6- 0, 8 qram zülal qəbuil etmək olar.
4. Ürək xəstəliklərinin bir neçə risk amili olan insanlar
Hipertoniya, xolesterinin yüksək miqdarı, diabet, piylənmə, fiziki aktivliyin olmaması və sairə amilləri olan insanlar qırmızı ətdən az istifadə etməlidir. Çünki belələri ürək xəstəliklərin inkişafına meylli olur. Belə insanlar toyuq, balıq, paxla bitkilərə üstünlük verməlidir.
5. Müəyyən xərçəng növündən əziyyət çəkən insanlar
Qırmızı ətdən istifadə xərçəngin inkişaf riskini artırır. Ona görə də xüsusilı bağırsaq xərçəngi olan insanlar qırmızı ətdən kənar durmalıdır.
"Yeni tədqiqat göstərib ki, qırmızı emal edilmiş ət genetik səviyyədə zədələnmələrə gətirib çıxardır ki, bu da öz növbəsində bağırsaq xərçənginə səbəb ola bilər", - Ehsani izah edib.