Bakı 7˚C Showers

5 yaşdan kiçik uşaqlar peyvənd oluna bilər

Cəmiyyət 11:49 05 dek, 2021

Beş yaşından kiçik uşaqların koronavirusa qarşı peyvəndi başlaya bilər

5 yaşdan kiçik uşaqlar peyvənd oluna bilər

İtaliyada 2022-ci ilin birinci yarısında beş yaşından kiçik uşaqların koronavirusa qarşı peyvəndi başlaya bilər.

Qazet.az xəbər verir ki, bu barədə İtaliya Dərman Agentliyinin prezidenti Corcio Palu “Sky tg24” telekanalında bildirib.

Palu deyib ki, ABŞ-ın əczaçılıq şirkətləri “Moderna” və “Pfizer" artıq azyaşlıların peyvənd olunması üçün təcrübə aparır.

Qeyd edək ki, dekabrın 16-dan İtaliyada beş yaşdan 11 yaşa qədər olan uşaqlar peyvənd olunacaq. Söhbət “Pfizer” şirkətinin “BioNTech” ilə birlikdə hazırlanmış və üç həftəlik fasilə ilə vurulması nəzərdə tutulan iki doza dərmanından gedir. Uşaqların dozası böyüklərin üçdə birinə bərabərdir.

Bir çox mütəxəssis, o cümlədən İtaliya Pediatrlar Cəmiyyəti 12 yaşdan kiçik uşaqların immunizasiyasının tərəfdarıdır.