Bakı 5˚C Mostly cloudy

64 yaşlı kişi güllələndi

Gündəm 14:35 04 yan, 2023
64 yaşlı kişi güllələndi

Naftalan şəhər sakini aldığı güllə yarasından dünyasını dəyişib.

Qazet.az xəbər verir ki, hadisə şəhərdəki mənzillərin birində baş verib.

1959-cu il təvəllüdlü Firuz Qocayev odlu silahdan açılan atəş nəticəsində güllə yarası alıb və yerindəcə vəfat edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.