66 yaşlı kişi qadına qarşı soyğunçuluq etdi

Bakıda 66 yaşlı kişi qadına qarşı soyğunçuluq edib.
Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə noyabrın 15-də saat 20 radələrində Balaxanı qəsəbəsi ərazisində bir nəfərin qəsəbə sakini N.Məmmədovaya zor tətbiq edib soyğunçuluq yolu ilə çantasını almağa cəhd göstərməsi barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 66 yaşlı T.İbrahimov müəyyən olunaraq saxlanılıb. Onun orta dərəcədə sərxoş olması məlum olub.
Dünən bibim işdən evə gedəndə Balaxanıda dar küçələrdə bir nəfər peysər bibimə hucum edib. Qabagdan saçını dartıb, boğazından tutub sürümək istəyəndə bibim cəld tərpənib, qarnından aşağı təpiklə vurub, adam çökəndə çanta və yumruqla başına vurub, durub qaçmaq istəyəndə +
— Mr. President (@HalduNovruzzade) November 16, 2022
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.