7 min məhbus sərbəst buraxıldı
Gündəm
12:15 04 yan, 2023
Myanma Britaniyadan müstəqilliyin 75-ci ildönümünü qeyd etmək üçün 7 mindən çox məhbusu azad edəcək.
Qazet.az xəbər verir ki, bu barədə ölkənin spikeri Zau Min Tun AFP-yə açıqlamasında bildirib.
“Müstəqillik Gününün 75-ci ildönümündə ümumilikdə 7012 məhbus əfv olunacaq”.
Bu hal ölkənin Britaniya müstəmləkəçilik dövründən azad olmasının şərəfinə hesablanıb.