Bakı 19˚C Mostly sunny

732 min şəxsin həyat səviyyəsi yaxşılaşacaq - Deputat

Gündəm 18:52 20 dek, 2021

Azərbaycan daha 732 min vətəndaşının həyat səviyyəsini yaxşılaşdıracaq

732 min şəxsin həyat səviyyəsi yaxşılaşacaq - Deputat

“Cənab Prezidentin Sərəncam və Fərmanları ilə daha 732 min şəxsin sosial müdafiəsi gücləndirilmiş oldu. Bu məqsədlə dövlət büdcəsindən əlavə 200 milyon manat ayrılması nəzərdə tutulur. Bu Fərman və Sərəncamlarla bir çox kateqoriyadan olan şəxslərin təqaüdləri, müavinətləri artırılır”.

Qazet.az xəbər verir ki, bu sözləri millət vəkili Musa Quliyev deyib. Millət vəkili qeyd edib ki, ilk növbədə əlilliyi olan şəxslərin və onlara qulluq edən şəxslərin müavinətlərinin artırılması gözlənilir:

“Yaşa görə, ailə başçısını itirməyə görə və müddətli hərbi xidmətdə olanların uşaqlarına verilən müavinətlər artırılır. Eyni zamanda uşaqların qəyyumlarının, beşdən çox uşağı olan qadınların, övladlığa uşaq götürənlərin müavinətlərinin, aztəminatlı ailələrin bir yaşadək uşaqlarına verilən müavinətlərin artırılması nəzərdə tutulub. Bundan başqa, işləməyən təqaüdçü fəlsəfə doktorlarının, Xalq artistlərinin, Əməkdar artistlərin, doktorantların və tələbələrin də təqaüdləri artırılacaq. Cənab Prezidentin bu ilin oktyabrından qəbul etdiyi sərəncamlar əhalinin sosial rifahının qorunmasını təmin edir. Azərbaycan daha 732 min vətəndaşının həyat səviyyəsini yaxşılaşdıracaq”.