Bakı 19˚C Mostly sunny

737 məktəbdə monitorinq aparıldı

Gündəm 14:34 23 dek, 2021

 I yarımil ərzində 137, II yarımil ərzində isə 600 məktəb yoxlanılıb

737 məktəbdə monitorinq aparıldı

Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair müvafiq qaydaların tələblərinə əməl olunmasının yoxlanılması məqsədilə ümumilikdə 737 məktəbdə monitorinq aparılıb.

Qazet.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin illik hesabatı ilə bağlı keçirilən mətbuat konfransında agentliyin direktoru Eldar Orucov deyib.

O bildirib ki, I yarımil ərzində 137, II yarımil ərzində isə 600 məktəb yoxlanılıb.