Bakı 2˚C Mostly cloudy

74 yaşlı qadın dəm qazından öldü

Hadisə 12:47 28 dek, 2021

Faktla bağlı cinayət işi başlanılıb

74 yaşlı qadın dəm qazından öldü

Qubada 74 yaşlı qadın dəm qazından boğulub.

Qazet.az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1947-ci il təvəllüdlü Bənövşə Cavadova yaşadığı evdə dəm qazından zəhərlənib.

Zəhərlənən qadın ailə üzvləri tərəfindən Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.