78 yaşlı qadın dəm qazından boğuldu
Gündəm
16:55 24 dek, 2021
Faktla bağlı araşdırma aparılır

Gəncə şəhərində 78 yaşlı qadın dəm qazından boğulub.
Qazet.az xəbər verir ki, hadisə 1943-cü il təvəllüdlü şəhər sakini Rahilə Səidova yaşadığı evin hamamında çimən zaman baş verib.
Dəm qazından zəhərlənən qadının həyatını xilas etmək mümkün olmayıb.