8 nəfər çayda boğuldu: 40-a yaxın insan itkin düşdü
Gündəm
14:26 06 okt, 2022
Hindistanda dini ayin zamanı 8 nəfər çayda boğulub, 40-a yaxın insan itkin düşüb. Səbəb suyun səviyyəsinin kəskin qalxması olub.
Qazet.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.
Hadisə Calpayquri bölgəsində yüzlərlə insanın toplaşdığı ilahə Durqaya ibadət festivalı zamanı baş verib.