8 sığorta agentinin lisenziyası bərpa edildi
Biznes
14:03 16 dek, 2022
Azərbaycan Mərkəzi Bankı 8 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasının qüvvəsini bərpa edib.
Qazet.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar dekabrın 14-də, "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta agentlərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.