8 yaşlı qız dünyanın ən gənc astronomu ola bilər
Maraqlı
15:29 03 okt, 2021
O, 18 asteroid aşkar edib
![8 yaşlı qız dünyanın ən gənc astronomu ola bilər](https://qazet.az/resized/fit900x500/center/pages/28471/147d9820-8193-4a6a-92b8-17a931478ae0.jpeg)
Braziliyalı 8 yaşlı Nikol Oliviera dünyanın ən gənc astronomu ola bilər.
Qazet.az axşam.az-a istinadən bildirir ki, NASA proqramı ilə məşğul olan qız 18 asteroid aşkar edib.
Ekspertlər onların mövcudluğunu təsdiqləsələr, Oliviera 1998-ci ildə 18 yaşlı italiyalı Luici Sanninonun rekordunu yeniləyəcək.
Qeyd edək ki, 8 yaşlı Nikol beynəlxalq seminarlara baş çəkir və aparıcı alimlərlə görüşlərə gedir. O, asteroidlərə Braziliya alimlərinin və ailə üzvlərinin adlarını vermək istəyir.