Bakı 16˚C Intermittent clouds

800-dən çox məhbus həbsxanadan qaçdı - Nigeriyada

Gündəm 07:18 24 okt, 2021

Onlardan 200-dən çoxu saxlanılıb

800-dən çox məhbus həbsxanadan qaçdı - Nigeriyada

Nigeriyanın Oyo ştatında həbsxanaya silahlı hücumdan sonra 800-dən çox məhbus qaçıb, onlardan 200-dən çoxu saxlanılıb.

Qazet.az xəbər verir ki, bu barədə yerli NAN agentliyi məlumat yayıb.

Bildirilir ki, silahlı şəxslərlə həbsxana mühafizəçiləri arasında toqquşma baş verib, sonra məhbuslar dinamitdən istifadə edərək divarı dağıdıb və qaçıblar.