Bakı 9˚C Intermittent clouds

9 nəfər bu dərmanlardan zəhərləndi - Baş toksikoloq AÇIQLADI

Cəmiyyət 14:07 06 iyl, 2022

 Ölüm faktı qeydə alınmayıb

9 nəfər bu dərmanlardan zəhərləndi - Baş toksikoloq AÇIQLADI

"Son 6 gündə 4 nəfəri ilan sancıb".

Bunu mediaya açıqlamasında Bakı şəhər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, ölkənin baş toksikoloqu Azər Maqsudov deyib.

Baş toksikoloq bildirib ki, 9 nəfər isə dərmandan zəhərlənib:

“Dərmandan zəhərlənənlər əsasən sakitləşdirici, yuxu və antibiotik dərmanlarını qəbul edənlərdir. Onlar arasında ölüm faktı olmayıb. Eyni zamanda, son 6 gündə 4 nəfər allergik reaksiya ilə müraciət edib. Onlardan ikisi uşaqdır. Onlar da evə buraxılıblar. 2 nəfər isə sirkə turşusundan zəhərlənib. Ölüm faktı qeydə alınmayıb”.

qaynaq