Bakı 2˚C Mostly cloudy

9 təhsil müəssisəsində şagirdlər inkluziv təhsilə cəlb olunub

Cəmiyyət 12:50 21 dek, 2022
9 təhsil müəssisəsində şagirdlər inkluziv təhsilə cəlb olunub

Bakı şəhəri üzrə 9 ümumi təhsil müəssisəsində 129 şagird inklüziv təhsilə cəlb edilib.

Bu barədə Qazet.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.