9 yaş, IQ 158: Stiven Hokinq və Eynşteyn ilə bərabər səviyyədə - FOTO
Onun öyrənmə tempi fərqlidir
Dünyanın ən məşhur alimlərindən biri, britaniyalı fizik Stiven Hokinqin və alman alimi Albert Eynşteynin İQ səviyyəsinə malik uşaq aşkarlanıb.
Qazet.az xəbər verir ki, bu barədə “Qazete Duvar” məlumat yayıb. Meksikada yaşayan 9 yaşlı Mişel Alejandra Arellano Quillen elm dünyasını həyəcanlandırdı.
"İNSANLARIN HƏYATINI XİLAS ETMƏK İSTƏYİRƏM"
Hələ təhsilini davam etdirən 9 yaşlı Mişel aktrisa və dəniz bioloqu olmaq istədiyini, autizmli uşaqlara kömək etmək, xərçənglə mübarizəyə töhfə vermək istədiyini bildirib. Mişelin valideynləri cərrahdır. "Mən də valideynlərim kimi insanların həyatını xilas etmək istəyirəm".
Cəmi 9 yaşı olsa da, ispan dilindən əlavə ingilis, fransız, alman və italyan dillərində də danışa bilir. Onun hələ bir yaşı olanda ingilis dilini atasından öyrənib.
Qızlarının İQ testinin nəticəsindən təəccübləndiklərini deyən valideynləri “Onun öyrənmə tempi fərqli olduğu üçün ənənəvi məktəblərə yox, özəl məktəbə yazılmasını istəyirik” deyib.