Bakı 17˚C Mostly sunny

9 yaşlı uşaq nəsli kəsilmiş köpək balığının dişini tapdı

Maraqlı 17:00 11 yan, 2023
9 yaşlı uşaq nəsli kəsilmiş köpək balığının dişini tapdı

Merilend ştatının Kalvert çimərliyində ailəsi ilə birlikdə həvəskar fosil ov edərkən nəsli kəsilmiş nəhəng köpəkbalığı Meqalodonun dişini tapıb. 

Qazet.az xəbər verir ki, mütəxəssislər bunu "həyatda bir dəfə baş verən kəşf" kimi qiymətləndiriblər.

Qədim yunan dilində “böyük diş” mənasını verən və qısaca “Meg” adlandırılan meqalodonlar təxminən 3,5 milyon il əvvəl Sakit və Atlantik okeanlarında yaşamış ən böyük dəniz canlılarından biri hesab edilir.

9 yaşlı Mollinin anası kiçik qızın kəşfini elan edərək, bunu indiyə qədərki ən yaxşı Milad hədiyyəsi elan edib. 

Molli və ailəsi tapdıqları fosil dişi yerli dəniz muzeyi mütəxəssislərinə təqdim edib.

9 yaşlı uşaq nəsli kəsilmiş köpək balığının dişini tapdı
9 yaşlı uşaq nəsli kəsilmiş köpək balığının dişini tapdı