Bakı və İrəvandan bunu həyəcanla gözləyirik - Sarıgül
Gündəm
20:18 27 noy, 2021
Bütün qonşularımızla sülh, tolerantlıq və barışıq şəraitində yaşayacağıq
"Biz Azərbaycan və Ermənistan arasında münaqişənin həllini böyük həyəcanla gözləyirik. Ermənistan, Azərbaycan və İranla qapıların açılması ilə həqiqətən bu regionun inkişafını arzulayıram".
Qazet.az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Dəyişiklik Partiyasının başqanı Mustafa Sarıgül çıxış edib.
"Bütün qonşularımızla sülh, tolerantlıq və barışıq şəraitində yaşayacağıq. Azərbaycan onsuz da bizim qardaşımızdır. İrandan da bura mümkün qədər çox turist gəlsin, ölkə inkişaf etsin", - Sarıgül qeyd edib.