Bakı -9˚C Dreary

Qripdən qorunmaq üçün bir neçə qayda

Maraqlı 14:35 13 dek, 2021

Qrip, əsasən, nəfəs aldığımız zaman hava vasitəsilə yoluxur 

Qripdən qorunmaq üçün bir neçə qayda

Qrip, xüsusilə, hamilələr, 50 yaşdan yuxarı və 5 yaşdan aşağı şəxslər üçün təhlükədir.

Ağciyər, ürək, böyrək, qaraciyər, şəkərli diabet və xərçəng kimi xəstəliklərdən müalicə alanlar və uşaqlıqda immunitet sistemi tam olaraq inkişaf etməyənlər ağciyərlərdə çoxalıb pnevmoniyaya səbəb olan və digər xəstəliklərə yol açan qripə daha tez yoluxa bilirlər.

Ən təsirli yol qripə qarşı peyvənd etməkdir.

Peyvənd təkcə qripdən qorunmayacaq, həm də qripdən sonra yarana biləcək digər xəstəliklərin (məsələn, bronxit və pnevmoniya) inkişafının qarşısını alacaq.

Qrip virusu damlacıq yolu ilə yoluxur. Öskürüb, asqıran zaman çoxlu sayda virus olan damlacıqlar ətrafa yayılır. Bu damlacıqların ağız, burun ya da gözlərimizə təmas etdiyi zaman xəstəlik yoluxur.
 

 

Ən yaxşı qorunma üsulu sağlam qidalanmadır. Sağlam qidalanma dedikdə ağlımıza dərhal salat, meyvə kimi qidalar gələ bilər. Bununla belə, xüsusilə, qış aylarında immunitet sistemimizi gücləndirmək üçün həm bitki, həm də heyvan zülalları yeməliyik.
İmmunitet sistemimizi gücləndirmək üçün C vitamini və sinklə zəngin qidalar yemək lazımdır.

Limon və zeytunyağlı salatlar, xüsusilə də təzə portağal və naringi C vitamininin əla mənbəyidir. Sink üçün ispanaq, quzu və mal əti, badam, göbələk, balqabaq toxumu, küncüt, lobya, quru lobya, noxud, balqabaq, hind toyuğu və toyuğun döş əti istehlak edilə bilər.

Qrip, əsasən, nəfəs aldığımız hava vasitəsilə yayılır. Bu səbəblə zəif havalandırılan və çox izdihamlı mühitlərdən uzaq durmaq bizi qripdən qoruyacaq.

Qripin yayılmasının başqa bir yolu da əllərimizdir. Xüsusilə, çöldə və ya mağazada, ticarət mərkəzində gəzərkən əlimizlə toxuna biləcəyimiz əşyalara (liftin düyməsi, pilləkən tutacaqları, qapı tutacaqları, əyilmiş divarlar, dayanacaqlardakı dirəklər kimi) toxunmamağa diqqət etməliyik. 

Unutmayaq ki, xəstəlik ən çox əllər vasitəsilə ötürülür və çöldə olarkən heç vaxt əlimizi ağız-burun nahiyəsinə aparmamalıyıq. Əgər götürəcəyiksə, mütləq təmiz kağız salfetdən istifadə etməliyik.

Başqalarının sağlamlığı üçün asqıran zaman və ya burnu təmizlərkən kağız salfetdən istifadə etməkdə  fayda var.

 

 

Qripli halda heç kəslə təmas saxlamamalıyıq. 

Çalışmalıyıq ki, əllərimizi tez-tez yuyaq və işlədiyimiz yerdə özümüzün ayrıca fincanı yoxdursa, mikrobların keçməməsi üçün birdəfəlik stəkanlara üstünlük verməliyik. Ofis, idarə və məktəb şəraitində dəftərxana ləvazimatlarına diqqətlə yanaşmalıyıq. Yalnız özümüzə məxsus olanlardan, şəxsi əşyalarımızdan istifadə etməliyik. 
Qışda geyim tərzimiz də bədənimizin müqavimətini azalda bilər. Bu səbəbdən nə qədər çətin olsa belə, qapalı və isti bir məkandan bədənimizin lazımsız tərləməsinə imkan verməməliyik.
 

Qripin müalicəsi istirahət və simptomatik müalicədir. Temperatursalıcı dərmanlar, bol maye qəbulu tövsiyə olunur. Ancak risk qrupundakı insanlar dərmanların istifadəsi üçün mütləq həkimə müraciət etməlidir.