AB Rusiyanı Qərb texnologiyasından məhrum edir
Siyasət
21:10 22 sen, 2022
AB Rusiyaya mülki texnologiyanın tədarükünə məhdudiyyətləri nəzərdən keçirəcək.
Qazet.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Erik Mamer deyib.
“Rusiya iqtisadiyyatı səfərbərlik rejiminə keçdiyi üçün biz müəssisələrə və fiziki şəxslərə qarşı sanksiyaları nəzərdən keçirmək, habelə bəzi mülki texnologiyalara əlavə ixrac məhdudiyyətləri tətbiq etmək niyyətindəyik”, - deyə Mamer bildirib.