Abdullahiyan Bakı və Yerevana səfər edə bilər
O qeyd edib ki, belə bir fürsət yaranan zaman o özü Azərbaycan və Ermənistanı ziyarət edəcək.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan mehriban qonşuluq jesti olaraq Bakı və Yerevana səfər edə bilər.
“Qazet.az” xəbər verir ki, bu barədə o özü “Rossiya-24” kanalına açıqlamasında deyib.
Abdullahiyanın sözlərinə görə, qonşu ölkələrlə əlaqələrin inkişafı İranın yeni hökumətinin əsas prioritetlərindən biridir.
“Azərbaycan və Ermənistan – bizim yaxşı qonşularımızdır və biz onlardan biri ilə digərinə qarşı işləyə bilmərik. Xarici siyasətimiz balanslıdır. İki gün əvvəl həmkarım, Ermənistanın xarici işlər naziri Tehrana gəlmişdi. Azərbaycanlı həmkarımızın da İrana səfər imkanı olsa yaxşı olar”, - deyə Abdullahiyan qeyd edib.
O qeyd edib ki, belə bir fürsət yaranan zaman o özü Azərbaycan və Ermənistanı ziyarət edəcək.