Bakı 19˚C Sunny

Abituriyentlər üçün vacib xəbər - VİDEO

Cəmiyyət 15:36 18 dek, 2021

II və III qruplar üzrə tarix fənnindən test tapşırıqları yenidən hazırlanacaq

Abituriyentlər üçün vacib xəbər - VİDEO

II və III ixtisas qrupları üzrə tarix fənnindən test tapşırıqları yenidən tərtib olunacaq. DİM-dən bildiriblər ki, 2022-ci ildə  qəbul  imtahanı verən abituriyentlər onu nəzərə alsınlar ki, vətən müharibəsi ilə bağlı məqalə yenilənib. Suallar da  məhz bu yeni məzmundan hazırlanacaq.

II və III qruplar üzrə tarix fənnindən test tapşırıqları yenidən hazırlanacaq.

DİM-in mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, 2022-ci ildə II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında tarix fənnindən tapşırıqlar  "Qarabağ uğrunda Vətən müharibəsi " adlı elmi-metodik məqalənin əsasında tərtib ediləcək.

Xanlar Xanlarzadə  qəbul imtahanlarının II mərhələsi üzrə keçiriləcək sınaq imtahanında tarix və coğrafiya fənnindən təqdim olunacaq suallara da diqqət çəkib.

Qeyd edək ki, dekabrın 19-da qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.