Bakı 16˚C Sunny

ABL-də 12-ci tura Astarada yekun vurulub

İdman 17:15 08 yan, 2023
ABL-də 12-ci tura Astarada yekun vurulub

Azərbaycan Basketbol Liqasında (ABL) 12-ci tura yekun vurulub.

Qazet.az-ın məlumatına görə, turun son matçı Astara Olimpiya İdman Kompleksində keçirilib.

“Zirvə Astara BK” komandası doğma azarkeşlər önündə “Olimpik Şəki BK” basketbolçularını qəbul edib.

Oyun meydan sahiblərinin 85:80 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçular “Zirvə Astara BK”dan Ruşard Kruikşenk (30 xal, 9 ribaund), “Olimpik Şəki BK”dan isə Ceyson Brauer (23 xal, 6 ribaund) olublar.

Qeyd edək ki, ABL-də 13-cü turun oyunları 11, 14 və 15 yanvar tarixlərində baş tutacaq.