Bakı 23˚C Partly sunny

ABŞ attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırıldı

Gündəm 08:44 16 okt, 2021

MN tərəfindən verilən açıqlamada beynəlxalq və ikitərəfli sazişin müddəalarının pozulduğu və qeyri-peşəkar hərəkətlərə yol verildiyi vurğulanıb.

ABŞ attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırıldı

ABŞ-ın Moskvadakı attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.

Qazet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, attaşe ABŞ-a məxsus "Chafee" esminesinin Yapon dənizində Rusiya sərhədini pozması səbəbindən MN-ə çağırılıb.

MN tərəfindən verilən açıqlamada beynəlxalq və ikitərəfli sazişin müddəalarının pozulduğu və qeyri-peşəkar hərəkətlərə yol verildiyi vurğulanıb.