ABŞ Azərbaycanın 10 ermənini təhvil verməsini alqışlayıb
Siyasət
11:44 20 dek, 2021
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays “Twiter” hesabında paylaşım edib

ABŞ Azərbaycanın Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə daha 10 ermənini qarşı tərəfə təhvil verməsini alqışlayıb.
Qazet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays “Twiter” hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Biz Azərbaycanın dekabrın 19-da Avropa İttifaqının dəstəyi ilə 10 erməni hərbçinin azad etməsini alqışlayırıq”.