ABŞ bu ölkələrə 2 milyard dollarlıq silah satdı
Xəbərlər
07:18 26 avq, 2022
ABŞ Dövlət Departamenti Avstraliyaya 1,95 milyard dollar dəyərində hərbi helikopter və müvafiq avadanlıqların satılmasına razılıq verib.
Qazet.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Müqavilə çərçivəsində Avstraliyaya 40 ədəd UH-60M "Black Hawk" helikopteri satılacaq.
Dövlət Departamenti, həmçinin 141,1 milyon dollar dəyərində müqavilə ilə Mərakeşə birgə taktiki radio sistemlərinin satışını təsdiqləyib.
Agentlik satış barədə Konqresə məlumat verib. Konqres təsdiqləndikdən sonra, satışlar həyata keçiriləcək.